Yığmamızdan iki oyuna 8 qol

Yığmamızdan iki oyuna 8 qol
XƏBƏR 8 May 2014 / 16:34 2089
-  A +

Aprelin 29-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, BƏƏ-nin "Əl Əhli" klubu ilə qarşılaşan millimiz 4:0 hesabı ilə qələbə qazanıb.

Qolları Elvin Quliyev, Comərd Baxşəliyev (2 qol) və Sabir Allahquliyev vurublar.

Qeyd edək ki, bu komandalar arasında mayın 3-də keçirilmiş qarşılaşma da 4:2 hesabı ilə millimizin xeyrinə yekunlaşmışdı.

Son xəbərlər
topaz banner