Sadıq Sadıqov "Qarabağ"ı təbrik etdi

Sadıq Sadıqov "Qarabağ"ı təbrik etdi
XƏBƏR 8 May 2014 / 16:28 1801
-  A +

“Neftçi” "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2013/2014 mövsümündə çempion olması münasibətilə təbrik edib.

Qol.Az-ın "ağ qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə klub prezidenti Sadıq Sadıqov tərəfindən "Qarabağ"a məktub ünvanlanıb.

Məktubda deyilir: “Neftçi” ilə yanaşı Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün çempionatlarda iştirak etmiş “Qarabağ” hər zaman iddialı çıxışı ilə diqqəti cəlb edib. Son illər “Neftçi” və “Qarabağ” avrokubokların qrup və pley-off mərhələlərindəki uğurlu oyunları ilə ölkə futbolunu layiqincə təmsil ediblər. “Neftçi”nin rəhbərliyi, məşqçilər heyəti və futbolçuları adından bir daha “Qarabağ” komandasını təbrik edir və onlara Çempionlar Liqasında uğurlar arzulayırıq".

Daha çox


Son xəbərlər
topaz banner