2014/2015 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan üçü müəyyənləşib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının 34-cü turunda “Bakı”nı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” qitə miqyaslı turnirlərə 3-cü vəsiqənin sahibi olub. Bunadək isə “Qarabağ”la “İnter” “dördlük”də yerini təmin etmişdi. Sonuncu 4-cü vəsiqə isə “Neftçi” ilə “Bakı” klublarından birinə qismət olacaq. “Ağ-qaralar” ya çempionatda daha yüksək pillədə qalsa, ya da kubokun finalında qalib glsə, Avropa Liqasında iştirak edəcək. “Bakı” isə qiyabi mübarizə aparacağı rəqibi ilə 5 xallıq fərqi aradan qaldırmalı, üstəlik “Neftçi”nin finalda “Qəbələ”yə uduzmasına ümid etməlidir.
3-cü vəsiqənin sahibi olan “Qəbələ” isə tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Əsası 2005-ci ildə qoyulan klub 9 yaşında qitə səhnəsinə çıxmaq hüququ əldə edib. Əyalət təmsilçisi avrokuboklarda çıxış edəcək 17-ci Azərbaycan klubu olacaq. Belə ki, indiyədək 16 komandamız ölkəmizi avrokuboklarda təmsil etmək imkanı qazanıb.
Bunlar paytaxt təmsilçiləri “Neftçi”, “Bakı” (əvvəlki “Dinamo”), “İnter” (əvvəlki “Xəzər Universiteti”), “Bakı fəhləsi”, AZAL (əvvəlki “Olimpik”), “Xəzri”, “Şəfa”, həmçinin “Qarabağ”, “Kəpəz”, “Karvan”, “MKT-Araz”, “Şəmkir”, “Simurq”, “Xəzər Lənkəran”, “Turan” və “Viləş” komandaları olub.
34-cü tur həm də Çempionlar Liqasında iştirak edəcək klubu müəyyənləşdirib. Məğlub olan “İnter” yenidən Avropa Liqasında, “Qarabağ” isə qitənin ən nüfuzlu klub turnirində oynayacaq. Əvvəllər 2 dəfə Kuboklar kuboku, 7 dəfə Avropa Liqası (əvvəlki UEFA kuboku), 1 dəfə İntertoto kubokunda çıxış edən ağdamlılar çempionların turnirində debüt edəcək. “Qarabağ” Çempionlar Liqasında Azərbaycanın 7-ci təmsilçisi olacaq. Bunadək “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Bakı”, “İnter” və “Xəzər Lənkəran” burada mübarizə aparıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı