Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi
XƏBƏR 7 May 2014 / 15:04 2316
-  A +

Mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb.

Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak ("Gaziantep" BB, Türkiyə) və Pərdis Fərcad-Azad (“Sumqayıt”) heyətə dəvət edilib.

Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner