"Barselona"dan Martinezə 35 milyon avro

"Barselona"dan Martinezə 35 milyon avro
XƏBƏR 6 May 2014 / 00:01 2704
-  A +

"Barselona" klubu "Bavariya"nın futbolçusu Xavi Martinezi transfer etməkdə israrlıdır.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi ispaniyalı futbolçunun keçidi üçün qarşı tərəfə 35 milyon avro təklif edib.

"Bavariya"nın əsas heyətindən kənarda qalan 25 yaşlı futbolçunun da "Barselona"da oynamaq istədiyi bildirilir. Münhen təmsilçisi "Barsa"nın təklifi ilə razılaşarsa, Martinez növbəti mövsümdən yenidən La Liqada çıxış edəcək.

Qeyd edək ki, Martinez 2012-ci ildə "Atletik" (Bilbao) klubundan "Bavariya"ya transfer olunub.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner