Huqo Almeyda Portuqaliyaya qayıdır

Huqo Almeyda Portuqaliyaya qayıdır
XƏBƏR 5 May 2014 / 13:47 1791
-  A +

Cari mövsümün sonunda "Beşiktaş"la müqaviləsi başa çatacaq Huqo Almeyda futbolçu karyerasını öz ölkəsində davam etdirməyə çox yaxındır.

Qol.Az-ın məlumatına görə, Portuqaliya mətbuat oyunçunun "Benfika" ilə razılığa gəldiyini yazıb.

Artıq tərəflər arasında ilk müqavilənin də imzalandığı iddia edilir. Rəsmi müqavilənin isə Braziliyada təşkil olunacaq dünya çempionatı başlayana qədər imzalanacağı bildirilir.

Qeyd edək ki, H.Almeyda 2011-ci ildən "Beşiktaş"ın şərəfini qoruyur.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır