Azərbaycanın kayak və kanoe üzrə milli komandası İtaliyanın Milan şəhərində keçirilmiş Dünya Kubokunun I mərhələsində mübarizə aparıb. Ölkəmizi 6 kanoeçi və 2 kayakçı təmsil edib.
Kanoeçilərimizdən 4-ü müxtəlif məsafələrə yürüşlərdə finaladək irəliləməyi bacarıb. 1 nəfərlik qayıqla 1000 metr məsafəyə həlledici yürüşdə Mikola Matviyçuk 3 dəqiqə 59,040 saniyə nəticə ilə 5-ci yeri tutub.
2 nəfərlik qayıqla (C-2) mübarizə aparan Sergey Bezuqlıy – Aleksey Kupin dueti həm 1000 metr, həm də 500 metr məsafəyə həlledici yürüşlərdə çıxış edib. Cütlük 500 metr məsafəyə 1 dəqiqə 41,048 saniyəyə 5-ci, 1000 metr məsafəni isə 3 dəqiqə 39,525 saniyəyə 6-cı çatıb.
Finala daha bir vəsiqəni 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə Anatoli Melnik əldə edib. Amma Melnik həlledici yürüşdə 1 dəqiqə 54,636 saniyə nəticə ilə 8-ci olub. Melnik 200 metr məsafəyə yürüşdə isə 43,438 saniyə nəticə ilə 18-ci yeri tutub.
Digər təmsilçilərimizə gəldikdə, Mikita Sablin həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə çıxışlarını yarımfinalda başa vurub. Mikola Matviyçuk və Taras Matviyçuk 5000 metr məsafəyə yürüşdə finişə çata bilməyiblər. T.Matviyçuk 1000 metr məsafəyə yürüşdə isə mübarizəni yarımfinalda dayandırıb.
Kayakçılarımızdan Aleksandr Piçugin 1 nəfərlik qayıqla (K-1) 500 metr, Tamerlan Mustafayev – Aleksandr Piçugin dueti 2 nəfərlik qayıqla (K-2) həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə əsas finala yüksələ bilməyib. Mustafayev – Piçugin cütlüyü 500 metr məsafəyə yürüşü 15-ci pillədə başa vurub.
Təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməsə də, Matviyçuk 5 xal, Bezuqlıy – Kupin dueti 4 xal qazana bilib. Nəticədə Azərbaycan 9 xalla ümumi komanda hesabında 37 ölkə arasında 17-ci yeri tutub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı