Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi
XƏBƏR 5 May 2014 / 13:00 1861
-  A +

Mayın 6-dan 10-a qədər Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışı keçəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, zədəli olduğu üçün Ruslan Muradov ("Simurq") heyətdən çıxarılıb.

Onun əvəzinə toplanışa "Qəbələ" klubundan Yusif Nəbiyev dəvət olunub.

Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner