"Mançester Yunayted"dən Fabreqasa 55 milyon avro

"Mançester Yunayted"dən Fabreqasa 55 milyon avro
XƏBƏR 5 May 2014 / 12:06 1984
-  A +

"Mançester Yunayted" klubu "Barselona"nın yarımmüdafiəçisi Sesk Fabreqası transfer etməkdə israrlıdır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi təcrübəli futbolçunun keçidi üçün "Barselona"ya yeni təklif göndərib.

"Qırmızı şeytanlar" Fabreqasın transferinə 55 milyon avro xərcləməyə hazırdır. Lakin Kataloniya təmsilçisi təklifə münasibət bildirməkdə tələsmir. İspaniya millisinin üzvünün "Barselona"dakı taleyi hələlik məlum deyil.

Qeyd edək ki, "Barselona" klubu daha öncə Fabreqasın transferə çıxarıldığını açıqlamışdı.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır