"Qarabağ" "İnter"lə oyuna hazırlaşır

"Qarabağ" "İnter"lə oyuna hazırlaşır
XƏBƏR 5 May 2014 / 11:26 1201
-  A +

Azərbaycan Premyer Liqasının 34-cü turunda "İnter"i qəbul edəcək "Qarabağ" klubu gündə bir dəfə olmaqla hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sonuncu turda "Bakı"yla qolsuz bərabərliyə qalan komanda hazırlıqlarını Suraxanı qəsəbə stadionunda keçir.

"Bakı"yla oyunu cəza səbəbindən buraxan Rəşad Sadıqov artıq geri dönüb. Kapitan "İnter"lə görüşdə komandanı oyuna çıxara biləcək.

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu mayın 7-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır