Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında İdman Dırmanması üzrə Dünya Kuboku yarışının açılış mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, yarışın açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Nazir, bu gün start verilən idman dırmanması üzrə Dünya Kubokunun əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseyn Bağırov Azərbaycanda idman dırmanması üzrə keçirilən bu beynəlxalq tədbir münasibətilə bütün iştirakçıları təbrik edib və yarışa qatılanlara uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycanda İdman Dırmanması üzrə Dünya Kuboku yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin idman şöhrətindən xəbər verir və ölkə idmanı tarixində önəmli hadisədir.
Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) nümayəndəsi Qremi Alderson isə çıxışında Azərbaycanda bu beynəlxalq yarışın keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını və yarışa hazırlıq səviyyəsinin beynəlxalq standartlara tam cavab verdiyini deyib.
Xatırladaq ki, dünyanın 22 ölkəsindən (Amerika Birləşmiş Ştatları, Kanada, Rusiya, Yaponiya, Çin, Avstraliya, Almaniya, İtaliya, Norveç, İspaniya, İngiltərə, Niderland, Avstriya, Polşa, Çexiya, Türkiyə, İran, Gürcüstan və s.) 150-yə yaxın idmançının iştirak etdiyi beynəlxalq yarışda ölkəmizi FAİREX-dən olan 6 oğlan və 4 qız olmaqla 10 idmançı təmsil edir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı