PSJ və "Yuventus"dan Oskara 50 milyon avro

PSJ və "Yuventus"dan Oskara 50 milyon avro
XƏBƏR 3 May 2014 / 17:03 1820
-  A +

"Çelsi" klubunun futbolçusu Oskar mövsümün sonunda komandasını dəyişə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu ilə PSJ və "Yuventus" klubları yaxından maraqlanır.

Hər iki komanda gənc futbolçunun transferi üçün 50 milyon avrosundan keçməyə hazırdır. Lakin "Çelsi"nin çalışdırıcısı Joze Mourinyo Oskarı komandada saxlamağı düşünür. 22 yaşlı futbolçunun özünün də "Çelsi"də qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyan Oskar keçirdiyi 66 oyunda 12 qola imza atıb.

 


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq