Messi "Real"ın təklifini rədd edib

Messi "Real"ın təklifini rədd edib
XƏBƏR 3 May 2014 / 15:38 4333
-  A +

"Real"ı (Madrid) klubunun cari mövsümün əvvəlində "Barselona"nın futbolçusu Lionel Messini transfer etmək istədiyi iddia edilir.

Qol.Az-ın məlumatıa görə, "Sport" qəzetinin manşetində yer alan xəbərdə qeyd olunub ki, Madrid təmsilçisi ötən il yay transferi pəncərəsində argentinalı hücumçuya iki dəfə təklif göndərib.

Ancaq bu təkliflərin heç biri müsbət cavablandırılmayıb.

Qeyd edək ki, Messi ilə "Mançester Siti", PSJ-nin də maraqlandığı iddia edilir.


Son xəbərlər