"Ferdinand və Evra "Mançester Yunayted"də qalmalıdır"

"Ferdinand və Evra "Mançester Yunayted"də qalmalıdır"
XƏBƏR 3 May 2014 / 13:31 2164
-  A +

Cari mövsümün sonuna qədər "Mançester Yunayted"də məşqçilik səlahiyyətlərini icra edəcək klubun futbolçusu Rayan Giggz komandanın oyunçuları Rio Ferdinandın və Patrik Evranın gələcəyi ilə bağlı açıqlama verib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, hər iki təcrübəli futbolçu Mançester klubunda qalmalıdır:

"Ferdinand və Evra komanda üçün hələ də önəmli futbolçulardır. Hər ikisi də burada böyük işlər görüb. Onlar "MY"da qalmalıdırlar".


Qarabağ FK
Son xəbərlər
topaz banner