Droqbadan bəd xəbər

Droqbadan bəd xəbər
XƏBƏR 3 May 2014 / 12:35 2772
-  A +

"Qalatasaray" Türkiyə kubokunda "Eskişehirspor"la final matçına ciddi itki ilə çıxacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, müalicəsi davam edən zədəli futbolçu Didye Droqba bu görüşdə oynaya bilməyəcək.

Topla oynayarkən ağrılar hiss edən Fildişi sahilli hücumçunun durumunun yaxşı olmadığı məlum olub. Onun "DÇ-2014" öncəsi risk edilməyəcəyi bildirilib.

Qeyd edək ki, "Qalatasaray"la "Eskişehirspor" arasında final qarşılaşması mayın 7-də oynanılacaq.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır