İtaliyanın Milan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsinə start verilib. Yarışın ilk günündə Azərbaycan kanoeçiləri 4 yürüşdə adlarını finala yazdırıblar.
2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy – Aleksey Kupin dueti həm 1000 metr, həm də 500 metr məsafəyə seçmə yürüşdəcə ilk “3-lüy”ə düşərək, əsas finala vəsiqə qazanıb. 1000 metr məsafəyə seçmə yürüşdə bu duet finişə 3 dəqiqə 47,729 saniyəyə çataraq, 3-cü yeri tutub. 500 metr məsafəyə seçmə yürüşdə isə Bezuqlıy – Prokopenko cütlüyü 1 dəqiqə 43,469 saniyə nəticə ilə 2-ci olub. 1000 metr məsafəyə final yürüşü mayın 3-də Bakı vaxtı ilə saat 12:53-də, 500 metr məsafəyə həlledici yürüş mayın 4-də saat 16:35-də baş tutacaq.
1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə seçmə yürüşdə Mikola Matviyçuk 4 dəqiqə 6,802 saniyə nəticə ilə 4-cü yeri tutub. Onun qardaşı Taras Matviyçuk isə finişə 4 dəqiqə 13,332 saniyəyə çataraq, 8-ci olub. Nəticədə hər iki kanoeçi yarımfinala yüksəlib. Növbəti mərhələdə Taras Matviyçuk 4 dəqiqə 27,815 saniyə göstərici ilə 8-ci olub və mübarizəni dayandırıb. Əvəzində Mikola Matviyçuk 4 dəqiqə 14,819 saniyə göstərici ilə 2-ci yeri tutaraq, finala çıxıb. Həlledici yürüş mayın 3-də Bakı vaxtı ilə saat 12:33-də olacaq.
Finala daha bir vəsiqəni 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə Anatoli Melnik əldə edib. Melnik seçmə mərhələdə 1 dəqiqə 57,966 saniyə nəticə ilə 4-cü, yarımfinalda isə 1 dəqiqə 56,755 saniyə göstərici ilə 2-ci yeri tutub. Beləliklə, o, adını birbaşa final yürüşünə yazdırıb. Həlledici yürüş mayın 4-də saat 14:14-də olacaq. Lakin daha bir kanoeçimiz Mikita Sablin seçmə yürüşdə finişə 2 dəqiqə 3,517 saniyəyə 8-ci çataraq yarımfinala çıxsa da, növbəti mərhələdə 2 dəqiqə 8,335 saniyə nəticə ilə 9-cu yeri tutub və mübarizəni dayandırıb. Həm Melnik, həm də Sablin 200 metr məsafəyə yürüşlərə də qatılacaqlar. Onlar müvafiq olaraq, mayın 3-də Bakı vaxtı ilə saat 17:35-də və saat 17:40-da start xəttinə çıxacaqlar.
Kayakçılarımıza gəldikdə, 500 metr məsafəyə seçmə yürüşdə Aleksandr Piçugin 1 nəfərlik qayıqla (K-1) finişə 1 dəqiqə 50,183 saniyəyə çataraq 7-ci olub. Bu nəticə ilə Piçugin yarımfinala yüksəlib. Amma növbəti mərhələdə o, 2 dəqiqə 0,915 saniyə nəticə ilə 9-cu yeri tutub və mübarizəni dayandırıb.
2 nəfərlik kayak qayığı (K-2) ilə seçmə yürüşdə isə Tamerlan Mustafayev – Aleksandr Piçugin dueti 1 dəqiqə 41,973 saniyə nəticə ilə 4-cü yeri tutaraq, yarımfinala yüksəlib. Lakin onlar yarımfinalda finişə 1 dəqiqə 43,975 saniyəyə 8-ci çataraq mübarizəni dayandırıblar. Lakin Mustafayev həm 1 nəfərlik qayıqla, həm də Piçuginlə birgə 2 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşlərə də qatılacaq. 1 nəfərlik qayıqla seçmə yürüş mayın 3-də Bakı vaxtı ilə saat 17:20-də, 2 nəfərlik yürüşlə mübarizə isə saat 18:10-da başlanacaq.
Mayın 4-də isə Taras və Mikola Matviyçuk 1 nəfərlik kanoe qayığı ilə 5000 metr məsafəyə final yürüşünə çıxacaqlar. Yürüş Bakı vaxtı ilə saat 17:20-də başlanacaq.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video
PSJ-də yeni müqavilə
Finalın hakimləri açıqlandı - DÇ-2026
Ronaldodan dünya çempionatlarnın antirekordu
Azərbaycan UEFA reytinqində liderdir! - Əla başlanğıc…
Tramp İspaniya - Argentina finalını izləyəcək
"Qarabağ" Avroliqada mərhələ adladı
"Zirə"nin Kutaisi zəfəri - Video
Zeki Çelik "Yuventus"da - Rəsmi