"Sevilya" klubunun baş məşqçisi Unai Emeri Avropa Liqasının yarımfinalında qarşılaşdıqları "Valensiya" ilə cavab matçını şərh edib.
Qol.Az-ın məlumatına görə, "Cuatro"ya danışan təcrübəli mütəxəssis son dəqiqələrdə vurulan qolun ona 2009-cu ildə Çempionlar Liqasının yarımfinalında baş tutmuş "Çelsi" - "Barselona" görüşünü (1:1) xatırlatdığını bildirib:
"Valensiya" oyuna əla başladı, çətinliklə üzləşdik. Rəqib çox yaxşı oynadı. Özümü onların yerinə qoya bilmirəm. Çünki bu barədə danışmaq çox çətindir. Mbianın qolu mənə İniyestanın 2009-cu ildə "Çelsi"yə yaşatdıqlarını xatırlatdı. Finala çıxmağımızın əsas səbəbi inancımızdır. Qolu təbii şəkildə bayram etdim. Finalda kiminlə oynayacağımızın fərqi yoxdur. Biz sadəcə final matçından zövq almağa çalışacağıq".
Qeyd edək ki, "Valensiya" ilə görüşün 90+4-cü dəqiqəsində hesabı 3:1 edən "Sevilya"nın futbolçusu Mbia komandasını finala daşıyıb. Bu komandalar arasında keçirilən ilk görüş 2:0 hesabı ilə "Sevilya"nın xeyrinə nəticələndiyindən səfər qolu sayəsində finala məhz Əndəlusiya təmsilçisi yüksəlib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı