"Çelsi" Paulinyonu istəyir

"Çelsi" Paulinyonu istəyir
XƏBƏR 1 May 2014 / 17:12 2173
-  A +

Çempionlar Liqasında mübarizəni dayandıran "Çelsi" klubu yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisi "Tottenhem"in futbolçusu Paulinyonun xidmətində maraqlıdır.

"Zadəganlar" yaxın günlərdə braziliyalı futbolçuya rəsmi təklif göndərməyə hazırlaşır. Lakin Paulinyo gələcəyi ilə bağlı qərarını yalnız qarşıdakı dünya çempionatından sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2013-cü ildə "Korintians"dan "Tottenhem"ə transfer olunub.

 


Son xəbərlər