"Fənərbaxça"nın futbolçusuna İspaniyadan təklif var

"Fənərbaxça"nın futbolçusuna İspaniyadan təklif var
XƏBƏR 1 May 2014 / 14:35 2714
-  A +

"Fənərbaxça"nın futbolçusu Pyer Vebo yenidən İspaniya klubunun maraq dairəsinə düşüb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Sevilya" kamerunlu oyunçunu transfer etmək istəyir.

La Liqa təmsilçisinin yaxın günlərdə "Fənərbaxça"ya təklif göndərəcəyi bildirilib.

Qeyd edək ki, Vebo bu mövsüm 28 liqa matçında iştirak edib və 8 qol vurub.

Xatırladaq ki, "Sevilya" qış transferi pəncərəsində də futbolçunu heyətinə qatmaq istəməsinə baxmayaraq buna nail ola bilməmişdi.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır