"Qarabağ" "Bakı" ilə oyuna hazırlaşır

"Qarabağ" "Bakı" ilə oyuna hazırlaşır
XƏBƏR 30 Aprel 2014 / 17:03 1335
-  A +

Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə "Bakı"nın qonağı olacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarına başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən istirahət edən komanda bu gün isə 1 çalışma ilə kifayətlənəcək.

Suraxanı qəsəbə stadionunda baş tutacaq məşq saat 17:00-a təyin olunub. Sonuncu turda "Neftçi" ilə 1:1-lik bərabərliyə razılaşan Qurban Qurbanovun komandası sabah da 1 məşqlə günü bitirəcək.

Qeyd edək ki, "Bakı"nın təlim-məşq bazasında keçiriləcək "Bakı" - "Qarabağ" oyunu mayın 2-də, saat 15:00-da başlayacaq.

Daha çox


Son xəbərlər