"Neftçi"in futbolçusu Erik Ramos "Qarabağ"la oyundan sonra klubun saytına açıqlama verib.
Qol.Az-ın məlumatına görə, o deyib ki, sözügedən qarşılaşmada rəqib komandanın futbolçusu Reynaldo ona qarşı kobud oyun nümayiş etdirib. Braziliyalı hücumçunun ona dirsəklə sərt zərbə endirdiyini deyən E.Ramos bu hərəkətə görə Reynoldoya qırmızı vərəqə verilməli olduğunu bildirib:
“Qarabağ”la oyunun gərgin keçəcəyini bilirdik. Elə oyun başlayan kimi, meydanın mərkəzində Reynaldo mənə qarşı aşkar kobudluq etdi. Hər kəs gördü ki, rəqib bilərəkdən dirsəklə mənə çox sərt zərbə endirdi. Hətta zərbənin təsirindən bir neçə dəqiqə ayağa qalxa bilmədim. Sadəcə bəxtim gətirdi ki, dirsək zərbəsindən müəyyən qədər yayına bildim. Yoxsa daha ağır xəsarət ala bilərdim. Oyunun videoyazısından da hər şey açıq-aydın görünür. Həmin epizoda görə Reynaldo dərhal qırmızı vərəqə almalı idi. Hakimin mövqeyi də ideal idi və əgər sarı vərəqə göstərmişdisə deməli dirsək zərbəsini də görmüşdü. Mən başa düşmürəm əgər bu hərəkətin cəzası qırmızı vərəqə deyilsə, onda Reynaldo daha nə etməli idi? Belə bir fikir səsləndirirlər ki, hələ matçın birinci dəqiqəsi idi deyə hakim qırmızı vərəqə göstərmədi. Necə yəni, bəyəm futbolda qaydalar ikinci dəqiqədən sonra işləyir? Flavinyoya, Araza guya dirsək hərəkətinə görə absurd qırmızı vərəqələr verilə bilir, Reynaldoya isə bu hərəkətə görə yox? Heç bir peşəkar futbolçu istəməz ki karyerasını bu cür zərbə altına atsın".
Ramos onu da qeyd edib ki, artıq bu cür hakim ədalətsizliyindən bezib:
"Nə qədər hakim ədalətsizliyi ilə qarşılaşmaq olar? Belə münasibətdən bezmişik artıq. “Qarabağ” Azərbaycanın iki ən güclü klubundan biridir. Belə hakim qərarları matçın gedişatına da ciddi təsir göstərir. Əgər rəqib komanda azlıqda qalsaydı kim bilir nəticə necə olacaqdı?".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı 1:1 hesabı ilə başa çatmışdı.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı