"Qalatasaray"dan Mirça Luçesku açıqlaması

"Qalatasaray"dan Mirça Luçesku açıqlaması
XƏBƏR 30 Aprel 2014 / 10:46 2785
-  A +

"Qalatasaray"ın mətbuat xidmətinin rəhbəri Şükrü Ərgün "Cim Bom"u Mirça Luçeskunun çalışdıracağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, hər il məşqçi dəyişikliyi etmək fikirlərinin olmadığını deyib:

"Bu cür xəbərlər həqiqəti əks etdirmir. Mançini yeni mövsümdə də komandanın başında olacaq".

Qeyd edək ki, bir çox mətbuat orqanları yeni mövsümdən "Qalatasaray"ı Luçeskunun çalışdıracağını, Mançinin isə "Tottenhem"ə gedəcəyini   yazıb.

 


Son xəbərlər