"Qalatasaray" Luçesku ilə müqavilə imzalayacaq"

"Qalatasaray" Luçesku ilə müqavilə imzalayacaq"
XƏBƏR 29 Aprel 2014 / 20:46 3179
-  A +

"Qalatasaray" Mirça Luçesku ilə bu yay müqavilə imzalayacaq".

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Rumıniya Futbol Federasiyasının keçmiş prezidenti Mirça Sandu deyib.

O bildirib ki, İstanbul təmsilçisi təcrübəli çalışdırıcını "Cim-Bom"a gətirməyi çox istəyir:

"Artıq Luçesku üçün də on ildən sonra başqa klubda işləmək yaxşı olacaq. Onun "Qalatasaray"da uğurlar qazanacağına əminəm".

Qeyd edək ki, hazırda Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi olan  Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"ı çalışıdırıb.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner