Kaka "Milan"dan ayrıla bilər

Kaka "Milan"dan ayrıla bilər
XƏBƏR 29 Aprel 2014 / 20:00 2879
-  A +

Braziliyalı futbolçu Kaka "Milan"dan ayrıla bilər.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 32 yaşlı oyunçu  ailəsi ilə məsləhətləşdikdən sonra "Milan"dan gedib-getməyəcəyi ilə bağlı qərar verəcəyini  deyib:
 
"Mən burada qalmaq istəyirəm. Ancaq ailəmin də fikri mənim üçün çox önəmlidir. Qərarımı buna uyğun verəcəm".

Qeyd edək ki, Kaka ötən ilin yayında "Real"dan "Milan"a transfer olunmuşdu. Kakanın müqaviləsində qeyd olunub ki, "Milan" Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə, o, müqaviləsini ləğv edə bilər.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır