"Qarabağ"ın cari mövsümün sonuna az qalmış ən yaxın izləyicilərini xeyli qabaqlaması artıq bəzi klubların Ağdam təmsilçinin çempion olacağı ilə barışmasına səbəb olub. Mövsümün əvvəlində çempionluğa iddialı olan bir sıra komandaların futbolçuları müsahibələrində "Qarabağ"ın qızıl medalları qazanacağına şübhə etmədiyini bildirib.
"Neftçi" klubu isə hələ ötən həftədən "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edib. Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov isə indidən onlara yönələn bu təbrikləri düzgün hesab etmədiyini bildirib.
Azərbaycan Premyer Liqasının 32-ci turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandıran Sadıqov onları indidən çempionluq münasibəti ilə təbrik edənləri sərt şəkildə tənqid edib: "Bizi təbirk etmək düzgün hərəkət deyil. Hansı çempionluqdan danışırlar? Qarşıda dörd ağır oyunumuz var. Biz bu günə kimi əvvəlcədən kimisə təbrik etməmişik. Birinci dəfədir ki, Azərbaycan çempionatında belə şey görürəm".
Qeyd edək ki, “Qarabağ”ı erkən təbrik edənlər arasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov da olub. O, R.Sadıqovun son açıqlaması ilə bağlı Qol.Az saytına danışarkən "Qarabağ"ın kapitanının fikirlərini normal qarşıladığını deyib. T.Süleymanov Ağdam klubunun çempion olacağına şübhə etmədiyini vurğulayıb:
"Rəşad Azərbaycanın ən güclü futbolçularından biridir. Fikirlərinə hörmətlə yanaşıram. Yəqin ki, o, son iki turda itirdikləri xallara görə belə açıqlama verib. Ancaq şəxsi fikrimə görə, "Qarabağ" çempionluğunu çoxdan təmin edib. Bu qədər məsafə qət edən, hazırda ən yaxın izləyicisi ilə səkkiz xal fərqi olan komanda çempionluğa məhkumdur. Mənim aləmimdə "Qarabağ" çoxdan çempion olub. Bu komanda çempion olmasa, günahı heç kimdə yox, özlərində görməlidirlər. Rəşad Sadıqov bir kapitan kimi istəmir ki, komandada arxayınlıq olsun. Ancaq əksinə bu qədər xal fərqi ilə öndə olan komanda daha sərbəst olmalıdır".
"Neftçi" rəsmisi bir daha "Qarabağ"ı indidən çempionluq münasibəti ilə təbrik edib: "Ümumiyyətlə, "Qarabağ"ın çempion olacağını müzakirə etməyə ehtiyac yoxdur. Digər komandaların qızıl medal qazanmaq şansı heç bir faiz də deyil. Çempionatın sonuna dörd tur qalmış bir daha "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm".
Xatırladaq ki, "Qarabağ" çempionatın sonuna 4 tur qalmış ən yaxın izləyicisi "İnter"i 8, "Neftçi"ni isə 13 xal qabaqlayır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı