"Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı çərçivəsində qarşılaşacaqları "Çelsi" ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu cavab görüşünün fərqli keçəcəyini bildirib:
"Oyunöncəsi əsəbi deyiləm, əksinə nikbinəm. Londondakı oyun fərqli olacaq. "Çelsi" daha çox hücum edəcək. Ancaq biz maksimum dərəcədə yaxşı oynamalıyıq. Oyuna motivasiyamız da yüksək səviyyədədir. La Liqa, yoxsa Çempionlar Liqası? Əsas bütün oyunlarda qələbə qazanmaqdır. Ancaq La Liqada taleyimiz öz əlimizdədir".
Kosta mövsümün sonunda "Çelsi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə belə şərh verib: "Çelsi"nin fanatları mənim adımı qışqırırdılar. Mən heç nə anlamadım və buna əhəmiyyət vermədim. "Atltiko"da məni hər şey qane edir".
Qeyd edək ki, "Çelsi" - "Atletiko" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında keçirilən ilk oyunda qapılara qol vurulmamışdı - 0:0.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video