Yığmamız Yaponiya ilə bərabərə qaldı

Yığmamız Yaponiya ilə bərabərə qaldı
XƏBƏR 28 Aprel 2014 / 11:45 1303
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsi Avstriyada təşkil olunmuş 11-ci beynəlxalq "Delle Nazioni" turnirində üçüncü oyununu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçularımız Yaponiya yığması ilə qarşılaşıb.
 
Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Səid İbadov fərqlənib.

Xatırladaq ki, yığmamızın bu turnirdə keçirdiyi əvvəlki oyunlar da eyni hesabla heç-heçə yekunlaşmışdı. Futbolçularımız Çili və Xorvatiya komandaları ilə xalları yarı bölmüşdü.

Son xəbərlər