"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 32-ci turunda "Xəzər Lənkəran"a qalib gəldikləri oyundan (3:0) sonra fikirlərini bildirib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, gürcü mütəxəssis futbolçularını qələbə münasibəti ilə təbrik edib:
“Bizim üçün qalib gəlmək vacib idi. Tədricən avrokuboklara vəsiqə qazanmağa daha da yaxınlaşırıq. Bizim komandaya xas olan qol vurduq. Bunun üzərində məşqlərdə işləyirik. İlk qoldan sonra praqmatik oyun göstərdik. Rəqib hesabda geri düşdükdən sonra müdafiədə boşluqlar buraxırdı. Futbolçularım da bu boşluqlardan istifadə etməyə tələsirdilər. Bunun nəticəsində matç qarşılıqlı hücumlarla keçdi. Sürətli hücum edir və geriyə çəkilməyə məcbur olurduq. Bütün əvəzetmələrimiz uğurlu oldu. Bu görüşü artıq unutmalıyıq. Qarşıda “Sumqayıt”la çətin oyunumuz var. Rəqib gənc futbolçulardan ibarət olan prinsipial komandadır” - deyə o qeyd edib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video