Aqil Məmmədov: “Nəticədən və oyundan razıyam"

Aqil Məmmədov: “Nəticədən və oyundan razıyam"
XƏBƏR 27 Aprel 2014 / 21:06 1462
-  A +

"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 32-ci turunda "Bakı" ilə oyundan sonra açıqlama verib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, matçın nəticəsindən və oyundan razı qaldığını bildirib:

“Nəticədən və oyundan razıyam. Bu gün ilk qolu vursaq da, sonradan rəqib hesabı bərabərləşdirdi. İtkilərimiz var idi. Aleksandr Çertaqanov və Uğur Pamukun olmamağı öz sözünü dedi. Sonda azarkeşlərə minnətdaram ki, bizi sona qədər dəstəklədilər”.

 


Son xəbərlər