Rüfət Dadaşov qol vurdu, komandası qalib gəldi

Rüfət Dadaşov qol vurdu, komandası qalib gəldi
XƏBƏR 27 Aprel 2014 / 13:55 3098
-  A +

Milli komandamızın  hücumçusu Rüfət Dadaşovun formasını geydiyi "Kayzerslautern II" Almaniya Regional Liqasında növbəti maçtına çıxıb.
 
Qol.Az-ın məlumatına görə, "qırmızı iblislər"  doğma meydanda "Sonnenhof"u qəbul edib.
 
Futbolçumuz oyuna əvəzetmədən daxil olsa da,  qol vurmağı bacarıb. Oyun  meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. 
 
Qeyd edək ki, "Kayzerslautern II" hazırda 54 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər