Giggs: "Yuxu kimi bir oyun oldu"

Giggs: "Yuxu kimi bir oyun oldu"
XƏBƏR 27 Aprel 2014 / 13:27 3242
-  A +

Mövsümün sonuna qədər "Mançester Yunayted"in baş məşqçi postunda çalışacaq Rayan Giggs Premyer Liqanın son turunda "Norviç"lə oyundan (4:0) sonra təəssüratlarını bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Sky Sport"a danışan uelsli futbolçu görüşün ona yuxu kimi gəldiyini deyib:

"Böyükhesablı qələbədən zövq aldım. Dörd qol vurduq, xeyli qol imkanlarımız oldu. İlk hissədə ləng oynadıq. Fasilədə futbolçulara sürətli olmağı tapşırdım və bunun faydasını gördk. 

O, Fellaini və Yanuzayı heyətə cəlb etməməsinə də münsabiət bidlirib: "Bu səbəbdən bütün gecəni gözümə yuxu getmədi. Belə futbolçuları kənarda qoymaq, Mata kimi oyunçunu ehtiyatda saxlamaq çox çətindir. Nəzərə alın ki, həyatımda ilk dəfədir ki, baş məşqçi vəzifəsini yerinə yetirirəm. Qərar vermək çox çətindir. Hazırda baş məşqçi mənən, ancaq eyni zamanda futbolçularla komanda yoldaşıq".

Qeyd edək ki, R.Giggs indiyədək yalnız "MY"-də oynayıb. Onun futbolçu karyerası da davam edir.

Son xəbərlər