"Liverpul"un məşqində dava (FOTO)

"Liverpul"un məşqində dava (FOTO)
XƏBƏR 26 Aprel 2014 / 19:22 2969
-  A +

İngiltərə Premyer liqasının lideri "Liverpul"un son məşqi gərgin anlarla yadda qalıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, məşq zamanı  futbolçular - Luis Suarezlə Martin Şkrtel arasında dava düşüb.
Davaya M.Şkrtelin bəzi komanda yoldaşlarına lağ etməsi səbəb olub. Buna əsəbiləşən uruqvaylı hücumçu onu itələyərək sərt fikirlər səsləndirib. Digər futbolçuların müdaxiləsindən sonra davanın daha da böyüməsinin qarşısı alınıb.

 


Son xəbərlər