Türkiyə futbol üzrə 2020-ci il Avropa çempionatının yarımfinal və final matçlarına namizədlikdən imtina edib.
Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsi adından qurumun vitse-prezidenti Sərvət Yardımcı açıqlama verib.
O bildirib ki, ölkəsi həm futbol, həm də infrastruktur baxımından yalnız yarımfinal və final matçlarını deyil, bütövlükdə qitə çempionatını keçirmək iqtidarındadır. Xüsusən, son zamanlar 28 yeni stadionun Türkiyənin Gənclər və İdman Nazirliyi, bələdiyyələr və digər qurumlar tərəfindən ölkə idmanına qazandırıldığı vurğulanıb: “Yaxın zamanlarda mövcud müasir stadionlarımızla Avropa çempionatının meyarlarına uyğun 13 stadiona sahib olacağıq. Belədə Türkiyə bu cür turniri stadionları, nəqliyyatı, qonaqlama imkanları və ən əsası, futbola sevgisi ilə təkbaşına təşkil etməyə qadirdir. Bu səbəbdən, İcraiyyə Komitəmiz 2020-ci il Avropa çempionatının yarımfinal və final oyunlarına namizədliyimizi irəli sürməməyi qərara alıb”.
Eyni zamanda, TFF İcraiyyə Komitəsi 2024-cü il Avropa çempionatına tam yiyələnmək istiqamətində fəaliyyətə başlamağa qərar verib.
Qeyd edək ki, UEFA 2020-ci il Avropa çempionatının qitənin 13 müxtəlif şəhərində keçiriləcəyini açıqlayıb. Namizədlər arasında Bakı da var. Yarımfinal və final matçlarının İstanbulda təşkili variantı daha çox müzakirə olunurdu.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı