UEFA İcraiyyə Komitəsinin üzvü Bakıda

UEFA İcraiyyə Komitəsinin üzvü Bakıda
XƏBƏR 25 Aprel 2014 / 16:48 1388
-  A +

UEFA-nın İcraiyyə Komitəsinin üzvü Sergey Fursenko bu gün Bakıya gəlib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, S.Fursenko aprelin 26-da Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək futzal üzrə UEFA kubokunun üçüncü yer uğrunda oyununu və final qarşılaşmasını izləyəcək.

Xatırladaq ki, III yer uğrunda oyun "Kayrat" (Qazaxıstan) - "Araz", final qarşılaşması isə "Dinamo" (Rusiya) - "Barselona" (İspaniya) komandaları arasında keçiriləcək.

Son xəbərlər