Subaşiçin yeni baş məşqçisi müəyyənləşdi

Subaşiçin yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 25 Aprel 2014 / 13:50 2064
-  A +

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu birinci divizion təmsilçisi "Orduspor"un yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun mətbuat xidmətinin rəhbəri Adem Türkmen Hüsnü Özkaranın boş qalmış məşqçi vəzifəsinə təyinat aldığını açıqlayıb. O, yeni çalışdırıcı ilə 1.5 illik rəsmi müqavilə imzalayacaqlarını bildirib.

Qeyd edək ki, H.Özkara "Trabzonspor", "Konyaspor", "Adanaspor", "Elazığspor" və bir çox Türkiyə klublarında baş məşqçilik edib. O, son olaraq "Aydınspor"da işləyib.


Son xəbərlər