Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu “Qəbələ” üçün uğurlu olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1:1 hesablı səfər heç-heçəsi Yuri Syominin komandasını tarixində ilk dəfə finala çıxarıb.
Öz meydanındakı 3:0 hesablı qələbə “Qəbələ”ni 9-cu cəhddən finala çıxarıb. Komanda 1/8 finalda 3 (2005/06, 2006/07, 2009/10), 1/4 finalda 3 (2010/11, 2011/12, 2012/13) və yarımfinalda 2 (2007/08, 2008/09) dəfə dayanmışdı.
Komandasından fərqli baş məşqçi Yuri Syomin karyerasında 10-cu dəfə ölkə kubokunun finalına yüksəlib. O, futbolçu kimi Moskva “Dinamo”sunda SSRİ (1970), baş məşqçi kimi “Lokomotiv”lə Rusiya kubokunu (1995/96, 1996/97, 1999/2000, 2000/01) üst-üstə 5 dəfə qazanıb. Sonuncuların “sükanı arxasında” SSRİ (1989/90) və Rusiya (1997/98), Kiyev “Dinamo”su ilə Ukrayna (2007/08, 2010/11) kubokunun finalçısı olan Syomin 9 həlledici matçdan 5-də qələbə sevinci yaşayıb.
Mütəxəssisin 9 ölkə kuboku finalı ilə yanaşı, beynəlxalq turnirin həlledici matçı da var. 2005-ci il “Birlik kuboku”nun finalında onun çalışdırdığı “Lokomotiv” bu il mayın 22-də “Qəbələ”nin üz-üzə gələcəyi “Neftçi”ni 2:1 hesabı ilə məğlub etmişdi.
Lənkərandakı heç-heçə ilə “Qəbələ”nin Azərbaycan kubokundakı məğlubiyyətsiz oyunlar seriyası 11-ə çatıb. Sonuncu dəfə 2011-cu il martın 8-də “Bakı”ya 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” bu müddətdə 5 qələbə qazanıb və 6 heç-heçə edib.
Bu matç Luis Hilario və Viktor Mendi üçün Azərbaycan kubokunda yubiley – 10-cu oyun olub. 24-cü qolunu vuran klub tarixinin ən məhsuldar futbolçusu Mendi kubok yarışlarında 4-cü dəfə fərqlənib. Bu göstəricidə İbrahim Hüseynova çatan hücumçu yalnız Kənan Kərimov (7) və Vüsal Qarayevdən (5) geri qalır.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video