"Komandam "Barselona"ya qarşı yüksək motivasiya ilə oynayacaq"

"Komandam "Barselona"ya qarşı yüksək motivasiya ilə oynayacaq"
XƏBƏR 24 Aprel 2014 / 00:12 2832
-  A +

Futzal üzrə UEFA kubokunun 1/2 final mərhələsi çərçivəsində keçiriləcək “Araz” – “Barselona” oyunu ilə bağlı komandaların baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamızın baş məşqçisi Joze Alesio Da Silva bu gün keçiriləcək görüşlə bağlı fikirlərini bildirib:

“Yeni oyunçuların uyğunlaşma prosesi çox rahat keçir. Bununla belə, 100 faiz deyə bilmərəm ki, onlar tam hazırdırlar. Ancaq bu, məni çox da narahat etmir. Çünki oyunçularım “Barselona”ya qarşı yüksək motivasiya ilə oynayacaq. Əminəm ki, bu turnir ölkədə böyük əks-sədaya səbəb olacaq və bundan sonra daha çox futzal komandaları yaradılacaq”.

Daha çox


Son xəbərlər