Slovakiyanın Liptovski Mikulaş şəhərində keçirilmiş XXX beynəlxalq reqatada kanoe-slalom növündə Azərbaycana ilk medalı qazandırmış Yure Meqliç fikirlərini bölüşüb. 30 yaşlı idmançı Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında hər il bu reqatada mübarizə apardığını söyləyib.
O bildirib ki, turnir daim güclü rəqabət şəraitində keçir. Meqliç ilk yarış günündəki çıxışından razı qaldığını deyib: “Həmin yarış zamanı mən qapıya toxunmadan iki keçid etdim. Qaydalara görə, dirəyə hər toxunuşa iki cərimə verilir. Hər iki keçidimdən razı qaldım”.
Növbəti günə təsadüf edən çıxışı isə kanoe-slalomçumuzu o qədər də razı salmayıb: “Çünki mən keçidin əvvəlində bir böyük səhvə yol verdim, sonda isə qapıya toxundum. Nəticədə ümumi sıralamada üçüncü oldum”.
Hazırda qayığının sürətindən razı olan Meqliç növbəti aylarda start götürəcək yeni yarışlara hazırlaşdığını açıqlayıb.
Qeyd edək ki, Yure Meqliç Slovakiyanın Liptovski Mikulaş şəhərində keçirilmiş XXX beynəlxalq reqata kişilər arasında fərdi kayak (K1M) növündə mübarizə aparıb. 30 yaşlı kanoe-slalomçumuz yarışın ilk günündə birinci keçiddə 97,58 saniyə, ikinci keçiddə isə 96,33 saniyə nəticə ilə 2-ci yeri tutub. İkinci yarış günündə təmsilçimiz nəzərdə tutulan məsafəni ilk keçiddə 106,54 saniyəyə və 4 cərimə ilə, növbəti keçiddə isə 105,88 saniyəyə və 2 cərimə ilə qət edib. Cərimələr Meqliçin göstərdiyi nəticələrlə toplanılıb və son sıralamada onun ən yaxşı göstəricisi 107,88 bal olub. Bununla da idmançımız 6-cı yeri tutub. İki günün nəticələrinə əsasən ümumi sıralamada isə Meqliç bürünc medala sahib olub.
Qeyd edək ki, yubiley reqatasında Azərbaycanın yeganə kanoe-slalomçusundan əlavə, Slovakiya, Polşa, Rusiya, Çexiya, Ukrayna və Sloveniyanın 80-dən çox idmançısı mübarizə aparıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video