“Simurq”un prezidenti Zaur Məmmədovun Qol.Az-a müsahibəsi
- Zaur müəllim, “Simurq”un XVIII futbol mövsümünə uğursuz start verməsinə münasibətiniz necədir?
- Münasibətim necə ola bilər? İlk tur idi. Qol imkanlarımız da oldu. Sadəcə, həmin imkanlardan istifadə edə bilmədik. Ümumiyyətlə, komanda tam olaraq öz oyununu ortaya qoya bilmədi.
- Sizcə, bu məğlubiyyətə Avropa Liqasındakı uğursuzluğun təsiri ola bilər? Bəlkə komanda hələ də tam olaraq özünə gələ bilməyib?
- Məğlubiyyəti tam olaraq bununla əlaqələndirməzdim. Çünki avrokubok qarşılaşmasının üstündən müəyyən zaman keçib və futbolçular özlərinə gəliblər.
- Komandanın ötənilki heyəti ilə builki heyəti arasında hansı fərq var?
- “Simurq”un builki heyəti ötənilki heyətindən daha güclüdür. Məsələn, ötən mövsüm bizdə güclü futbolçu qıtlığı müşahidə olunurdu. Amma indiki heyətdə bir mövqeyə iki eynigüclü futbolçu var. Yəni, indi rəqabət daha güclüdür. Sadəcə start oyunu idi və inanıram ki, növbəti turlarda “Simurq” yenə öz sözünü deyəcək.
- Sizə elə gəlmədi ki, “Qəbələ” ilə oyunda Vladimir Mazyarın yeri göründü. Çünki komanda 4-5 real imkan yaratsa da, bunlardan istifadə etməyi bacaran hücumçunun yeri görünürdü. Belə demək olarsa, Petrov Mazyarı layiqincə əvəzləyə bilmir.
- Ola bilsin ki, Mazyarın yeri görünürdü. Amma mən deməzdim ki, Petrov Vladimirdən zəif oyunçudur. Əksinə, Petrov daha güclü, daha səviyyəli və daha təcrübəlidir. Sadəcə, yeni gəldiyindən uyğunlaşmaq üçün bir qədər zamana ehtiyacı var. Yeni mentalitet, ölkə, hava şəraiti, bunlar hamısı mühüm faktorlardır.
- “Qəbələ” məğlubiyyətindən sonra Roman Pokoranın istefası məsələsi yenidən gündəmə gəlib. Yayılan söz-söhbətlərə görə, növbəti uğursuzluq ukraynalının istefası ilə nəticələnə bilər.
- Düzü, bilmirəm, bu söhbətləri kim yayır, amma, bir klub prezidenti kimi mənim dilimdən belə söz çıxmayıb. Deməli, yayılan söhbətlər əsassızdır. Məğlubiyyətin səbəbləri var. Amma bu uğursuzluq təkcə baş məşqçi yox, ümumiyyətlə, bütün komanda ilə bağlıdır. Autsayder komandalarla oyunlarda məğlubiyyətlərə yol vermək olmaz. Bu il “İnter”, “Xəzər Lənkəran”, Neftçi” kimi komandalar heyətlərini xeyli gücləndiriblər. Amma mən inanıram ki, “Simurq” da tezliklə özünə gələcək və onlarla birlikdə iddialıların sırasına qoşulacaq.
- Sonda bir məsələyə də münasibətinizi öyrənmək pis olmazdı. “Simurq”la matçdan əvvəl sizin komandanı favorit sayan, öz komandası üçün məğlubiyyəti arzulayaraq əsas hədəflərinin İsrail çempionatı olduğunu söyləyən “Bney Yehuda”nın baş məşqçisi Guy Luzonun rəhbərlik etdiyi komanda artıq qrup mərhələsinin bir addımlığındadır. Bu, sizin üçün təəccüblü olmadı?
- Yox, nəyə görə təəccüblü olmalıdır? Səhv etmirəmsə, hələ o vaxt elə sizin sayta verdiyim müsahibədə demişdim ki, bu, israillilərin taktiki gedişidir. Çünki hansısa məşqçinin oyundan qabaq çıxıb “rəqib bizdən güclüdür, onlar favoritdir, biz uduzacağıq” kimi açıqlama verməsi heç bir mənqitə sığmırdı. Hadisələrin sonrakı gedişi də mənim haqlı olduğumu göstərdi. Eyni zamanda o vaxt bildirmişdim ki, “siz hələ “Bney Yehuda”nın ifasında çox şey görəcəksiniz”. İndi mənə də maraqlıdır ki, onları kim dayandıracaq.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu