"Qarabağ" "Neftçi" ilə oyunun hazırlıqlarını başladı

"Qarabağ" "Neftçi" ilə oyunun hazırlıqlarını başladı
XƏBƏR 23 Aprel 2014 / 16:44 1550
-  A +

Azərbaycan Premyer Liqasının 32-ci turunda "Neftçi"ni qəbul edəcək "Qarabağ" klubu qarşıdakı derbi oyuna hazırlaşır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bazar günü "Simurq"la qarşılaşdıqdan sonra Bakıya dönən komanda bazar ertəsi istirahət edib.

Çempionatın lideri günün yeganə çalışmasını 17:30-da, Suraxanı qəsəbə stadionunda  keçəcək. "Qarabağ"da cəzalı futbolçu olmasa da "Simurq"la oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Corc Leroyun ağrıları davam edir. Hollandiyalının derbiyə qədər hazır olub-olmayacağı  bəlli deyil.

Qeyd edək ki, bazar günü Tofiq Bəhramov adına respublika stadionunda kedçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər