Rəhim Həsənova kəllə vuran futbolçu üzr istədi (VİDEO)

XƏBƏR 23 Aprel 2014 / 15:47 1836
-  A +

Azərbaycan Premyer Liqasının 31-ci turunda "İnter"lə görüşdə oyunun baş hakimi Rəhim Həsənova kəllə vuran və buna görə AFFA İntizam Komitəsi tərəfində 10 oyunluq cəzalandırılan "Bakı"nın futbolçusu Etto etdiyi hərəkətə görə üzr istəyib.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu FC BAKU TV-yə açıqlamasında bunları deyib: “12 illik karyeramda hələ belə şey olmamışdı. Hisslərimi cilovlaya bilmədim. Əlbəttə, bu hərəkəti etməməli idim. Bu, mənə yaraşmadı. Həmin hakimi harda görsəm, ondan üzr istəyəcəm. Həm hakimdən, həm də AFFA-dan üzr istəyirəm". 


Daha çox


Son xəbərlər