"Çelsi" öz meydanında bizi məğlub edəcəyinə əmindir"

"Çelsi" öz meydanında bizi məğlub edəcəyinə əmindir"
XƏBƏR 23 Aprel 2014 / 10:57 2394
-  A +

"Atletiko"nun futbolçusu Xuanfran Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə bərabərə qaldıqları oyunu (0:0) şərh edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, nəticədən razı qalmadıqlarını bildirib:

"Çox təəssüflənirik. Çünki qələbə qazana bilmədik. Görüşün asan keçməyəcəyini bilirdik. "Çelsi" öz meydanında bizi məğlub edəcəyinə əmin olduğu üçün bu matçda müdafiədə oynadı. Ancaq biz də səfərdə qələbə qazana bilərik".

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 30-da keçiriləcək.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq