Alvaro: "Hədəfimiz medalçılar arasında yer almaqdır"

Alvaro: "Hədəfimiz medalçılar arasında yer almaqdır"
XƏBƏR 22 Aprel 2014 / 17:03 1654
-  A +

"Bu matç hər iki komanda üçün çox vacib idi. Belə oyunlar 3 yox, 6 xal uğrunda olur. "Bakı" ilə görüşə çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, yaxşı mübarizə apardıq və layiq olduğumuz qələbə qazandıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Mikel Alvaro klubun rəsmi saytına açıqlamasında deyib.

İspaniyalı futbolçu mövsümü major notlarla bitirmək istədiklərini bildirib: "Son oyunlarda komandamız yaxşı futbol sərgiləyir. Hədəfimiz medalçılar arasında yer almaqdır və bizim bunu etmək üçün yaxşı şanslarımız var. Çempionatda daha 5 tur qalıb və bu görüşlərdə özümüzü yaxşı tərəfdən göstərib, mövsümü yaxşı şəkildə başa çatdırmaq istəyirik".

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner