"Bavariya" klubunun futbolçusu Aryen Robben Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları Madrid "Real"ı ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın məlumatına görə, "Kicker"ə danışan hollandiyalı futbolçu komandasının Çempionlar Liqasının favoriti olmadığını bildirib:
"Çempionlar Liqasının yarımfinalına yüksəlmişik. Burada hər şey ola bilər. Son oyunlarımıza nəzər yetirsək, bizi ÇL-in favoriti saymaq olmaz. Ancaq əvvəlki oyunumuzu bərpa etsək, finala yüksələ bilərik. "Real"ı məğlub etmək üçün kifayət qədər gücümüz var. Amma bunun üçün meydanda bütün gücümüzü səfərbər etməliyiik. Eyni zamanda "Real" da istənilən komandanı məğlub etmək gücündədir".
Qeyd edək ki, "Real" - "Bavariya" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı