Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab görüşündə "Neftçi”ni qəbul edəcək "Rəvan” hazırlıqlarını davam etdirir.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komadanın dünən baş tutan məşqində zədəli Dmitri Kruqlovdan başqa bütün futbolçular iştirak ediblər. Cinah müdafiəçisi bugünkü məşqə də qatılmayacaq.
Azərbaycan Premyer Liqasının 31-ci turunda "Qəbələ” ilə ev oyununda zədələnən Kruqlov üçün mövsümün erkən başa çatıb. Çiyin vətərəsi qopan estoniyalı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, baş məşqçi Güvənç Kurtar aprelin 24-də "Bayıl Arena”da keçiriləcək "Rəvan” – "Neftçi” matçında daha iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Müdafiəçilər - Orxan Lalayev və Cəmşid Məhərrəmov zədə üzündən oyunu kənardan izləməli olacaqlar.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı