Torsten Fink: “Bakı”nı zəif komanda adlandırmazdım”

Torsten Fink: “Bakı”nı zəif komanda adlandırmazdım”
ÖLKƏ FUTBOLU 19 Avqust 2009 / 12:10 2515
-  A +

“İsveçrə çempionatının son turunda məğlub olmağımız heç də yaxşı olmadı. Amma həmin məğlubiyyəti artıq unutmuşuq. Başqa çarəmiz də yoxdur. Çünki indi bizi “Bakı” ilə vacib oyun gözləyir. Bütün kollektivin diqqəti həmin qarşılaşmaya yönəlib”. Qol.Az-məlumatına görə, bu sözləri Avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”yla qarşılaşacaq İsveçrənin “Bazel” klubunun baş məşqçisi Torsten Fink deyib. Almaniyalı mütəxəssis qarşılaşma haqqında isveçrəli jurnalistlərin suallarını cavablandırarkən aşağıdakıları deyib: “Rəqibi qiymətləndirmək lazımdır. “Bakı”nı zəif komanda adlandırmazdım. Bir oyunlarının kasetinə baxmışam. Təbii ki, qələbə qazanmaq üçün meydana çıxacağıq. Amma, prinsipcə qollu heç-heçə də pis olmazdı”. Qeyd edək ki, artıq Bakıda olan qonaqlar bu gün axşam saat 17:00-da matçın oynanılacağı stadionda məşqə çıxacaqlar.

Daha çox


Son xəbərlər