Syomin: "İzmaylovun heç bir zədəsi yoxdur"

Syomin: "İzmaylovun heç bir zədəsi yoxdur"
XƏBƏR 21 Aprel 2014 / 16:32 2208
-  A +

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "Rəvan"la baş tutan görüşdə komandanın futbolçusu Marat İzmaylovun zədələnməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "R-Sport"a agentliyinə danışan rusiyalı mütəxəssis İzmaylovun zədəsinin olmadığını deyib:

"İzmaylovun hansısa taksi ilə getməsi tamamilə yanlış məlumatdır. Hazırda onun heç bir zədəsi yoxdur".

Qeyd edək ki, Syomin "Rəvan"la görüşün (2:1) fasiləsində Marat İzmaylovu Leonardo da Silva ilə əvəzləmişdi. 

 


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner