“Rəvan”la oyun "Qəbələ"nin təcrübəli futbolçusu Luis Hilario üçün əlamətdar olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 2011-ci ilin yayında transfer olunan braziliyalı “qırmızı-qara” formada yubiley – 100-cü oyununu keçirib. Buna nail olan ilk futbolçu kimi klub tarixinə düşən Dodo ləqəbli legioner həm də yeni rekorda imza atıb. Cənubi amerikalı 99 oyun keçirən Pavel Doroşevi arxada qoyub. Luis Hilarilo bu oyunların 91-ni çempionat, 9-nu kubokda keçirib. Bu oyunlar ərzində Dodo 16 dəfə rəqib qapıçılarını məyus edib.
Qələbə ilə yekunlaşan "Rəvan"-"Qəbələ" matçının ardından braziliyalı futbolçu 100-cü oyun təəssüratlarını klubun saytına bildirib.
Yarımmüdafiəçi "qırmızı-qara" forma ilə bu anı yaşadığına görə özünü xoşbəxt hiss etdiyini deyib:
"Qəbələ"nin tarixinə düşdüyümə görə sevincliyəm. Xoşbəxtlikdən 100-cü oyunum qələbə ilə yekunlaşdı. Bu mənim üçün xüsusi yaddaqalan oldu. Artıq 3-cü ildir ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 100 oyundan həzz almışam. Bu forma ilə böyük uğurlar qazanmaq istəyirəm. İnanıram ki, istəklərimə nail olacağam".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video