Müller: "Bavariya" qələbə qazanmağa qadirdir"

Müller: "Bavariya" qələbə qazanmağa qadirdir"
XƏBƏR 21 Aprel 2014 / 10:30 1645
-  A +

"Bavariya"nın futbolçusu Tomas Müller Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları "Real" (Madrid) klubu ilə matç haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan almaniyalı futbolçu "Bavariya"nın Madriddə qələbə qazanmağa qadir olduğunu bildirib:

"Real"la görüşdə meydanda var-gücümüzü qoymalıyıq. Yalnız bu zaman istədiyimiz nəticəni əldə edə bilərik. "Bavariya" Madriddə qələbə qazanmağa qadirdir. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, "Real" - "Bavariya" oyunu aprelin 23-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner