Lövün Azərbaycanla bağlı açıqlaması rusları qorxuya salıb

Lövün Azərbaycanla bağlı açıqlaması rusları qorxuya salıb
ÖLKƏ FUTBOLU 17 Avqust 2009 / 17:49 2717
-  A +

Avqustun 12-də dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Bakıda keçirilən Azərbaycan –Almaniya matçından sonra almanların baş məşqçisi Yoaxim Lövün söylədiyi açıqlamalar rusları əməlli-başlı qorxuya salıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Lövün “düşünürəm ki, seçmə mərhələnin liderinin adı Azərbaycan-Rusiya matçından sonra bilinəcək” açıqlamasını şimal qonşularımız başqa mənalara yozublar. Onların fikrincə, almaniyalı mütəxəssis bu ifadə ilə ruslara “Azərbaycan son turda sizə qarşı bütün gücü ilə vuruşacaq” mesajını göndərib. Ortada Berti Foqts amili də xüsusi hallandırılıb. Guya, millimizin baş məşqçisi həmyerliləri ilə söhbətdə son turda rusları büdrətmək və almanların liderliyini təmin etmək üçün əllərindən gələni edəcəklərini deyib. “Sport” nəşri hətta son saylarının birində “Azərbaycan Almaniya üçün oynayacaq” başlıqlı yazı da dərc edib: “Löv qrup qalibinin Azərbaycan-Almaniya matçından sonra məlum olacağını deyib. Göründüyü kimi, o, Azərbaycan millisinin baş məşqçisi olan həmyerlisi Berti Foqtsa güvənir. Bu isə onu göstərir ki, azərbaycanlılar bizimlə oyuna ikiqat güclə çıxacaqlar. Bu isə onu deməyə əsas verir ki, oktyabrda Bakıda Rusiya millisinin işi olduqca ağır olacaq”.

Daha çox


Son xəbərlər